EN

Ukraynalıların 57%-i Zelenskiyə güvənir - SORĞU

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 2025-ci ilin fevral ayının birinci yarısına olan məlumata görə, ukraynalıların 57%-i prezident Volodimir Zelenskiyə güvənir.

 

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, 2025-ci il fevralın 4-dən 9-dək adıçəkilən institut tərəfindən sorğu keçirilib. 

 

Sorğunun nəticələrinə görə, respondentlərin 37%-i Ukrayna prezidentinə inanmır. Regionlar üzrə götürdükdə Zelenskiyə güvən Ukraynanın mərkəzində ən yüksək səviyyədədir. Burada güvən 62%-dir. Ukraynanın qərbində bu rəqəm müvafiq olaraq 57%,  cənubda - 55%, şərqdə - 55% təşkil edir. 

 

Eyni institut tərəfindən 2024-cü ilin dekabrında keçirilən sorğuda Zelenskiyə etimad səviyyəsi 52% idi. 2022-ci ilin fevralında keçirilən rəy sorğusuna görə isə güvən 37% faiz təşkil edirdi. 

 

Qeyd edək ki, həm Rusiya, həm də ABŞ Ukraynada yeni prezident seçkilərinin keçirilməsini istəyir. Rusiya Zelenskinin səlahiyyət müddətinin 2024-cü ildə başa çatmasını əsas gətirərək hətta onu legitim hesab etmir. 

 

Vasif

Chosen
5
1
sfera.az

2Sources