Futbol üzrə Azərbaycan çempionatının I Liqasında “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.

Offsideplus.az xəbər verir ki, müsabiqənin qalibi “Karvan”ın futbolçusu Emil Qasımov olub.

O, mükafatına XV turun “ASCO Arena”da keçirilən “Cəbrayıl” - “Karvan” qarşılaşmasından əvvəl sahib çıxıb. Kuboku futbolçuya Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.