Bakı.Trend:
Avropa İttifaq Rusiyaya qarşı sanksiyaların 16-cı paketinə oyunkonsollarının, kontrollorlarının və coystiklərinin satışının buölkə ərazisində qadağan edilməsini daxil edəcək.
Trend xəbər verirki, bu barədə “Reuters” adı açıqlanmayan avropalı diplomataistinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, rusiyalı hərbi qulluqçular pilotsuzuçuş aparatlarının idarə olunması üçün həmin videooyuncihazlarından istifadə edə bilər.
Qeyd edək ki, 2022-ci ildən etibarən Rusiyada oyun konsollarıparalel idxal çərçivəsində tədarük olunur, belə ki, onlar dahabirbaşa Rusiyaya idxal edilmir. Bir çox brendlərin Rusiyadançıxmasına baxmayaraq, yerli şəbəkələr hələ də “PlayStation 5”,“Xbox Series X/S”, “Nintendo Switch” və digər aparıcı oyunkonsollarının satışını həyata keçirir.