EN

Abduləzimova avrokubokun yarımfinalında

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova CEV kubokunun yarımfinal mərhələsində çıxış edəcək.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Vaşaş" klubu avrokubokun 1/4 final mərhələsinin cavab matçında səfərdə Polşa "Radomka"sına 2:3 hesabı ilə uduzub.

Lakin Macarıstan çempionu ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyindən, ümumi hesabda qalib olub.

Abduləzimova 8 xal toplayıb.

"Vaşaş" yarımfinalda "Porto" (Portuqaliya) - "Alba" (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

İdman.biz

Chosen
38
idman.biz

1Sources