EN

Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı

Azərbaycanda unun son topdansatış qiymətləri məlum olub.

Banker.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən bildirir ki, fevralın 18-dən etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.80-28.20 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü ?Dəvəçi-Taxıl” MMC və ?Dəvəçi-Dəyirman? MMC (26.80 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik). Daha əvvəl isə ?Dəvəçi-Taxıl” MMC-yə məxsus unun qiyməti 26 manat, ?Dəvəçi-Dəyirman? MMC-yə məxsus unun qiyməti 26.60 manat idi.

Xidmət eyni zamanda, un istehsalçılarının topdansatış məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair siyahını da yayıb.

Həmin siyahını təqdim edirik:

hh

Chosen
21
2
banker.az

3Sources