EN

Kanadadan Avropa liderlərinə Trampla bağlı çağırış: Ayılın!

Kanadanın xarici işlər naziri Melani Coli ABŞ prezidenti Donald Trampın Kanadaya qarşı təhdidlərinə cavab olaraq ölkəsinin heç vaxt müstəmləkə olmayacağını bəyan edib. Coli Avropa liderlərini oyanmağa çağırıb və bildirib ki, avropalılar Trampın Kanadanı ilhaq etmək və ya iqtisadiyyatını tariflərlə “boğmaq” təhdidlərinə qarşı çıxmırlar.

Publika.az xəbər verir ki, xarici işlər naziri Coli Fransa, Almaniya və Belçikaya səfərindən sonra onlayn mətbuat konfransında çıxış edib.

Coli avropalı həmkarları ilə söhbətlərinə toxunaraq, onların bir çoxunun ABŞ və Kanadada baş verənlərdən xəbərsiz olduğunu deyib. O, Trampın Kanadanın ABŞ-ın 51-ci ştatı olması ilə bağlı fikirlərini xatırladaraq, bunun heç vaxt baş verməyəcəyini, ölkəsinin müstəmləkə olmayacağını bildirib.

Qeyd edək ki, Tramp dəfələrlə Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulması ilə bağlı fikirlər irəli sürüb. O, fevralın 1-də imzaladığı sərəncamla Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz əlavə rüsum tətbiq edib.

Chosen
102
50
publika.az

10Sources