Bakı. Trend:
Ölkədə qızılca xəstəliyinə qarşı müalicə-profilaktikamüəssisələri tərəfindən peyvənd işləri davam etdirilir.
Bu barədə Respublika Gigiyena və Epidemiologiya MərkəzindənTrend-insorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, bunun da nəticəsində son aylarda respublikaərazisində qızılca xəstəliyi tək-tək hallarda qeydə alınır.
"Həmçinin, ölkədə keçən ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyi xəstəliyinin sayında azalma müşahidə olunur", - deyəməlumatda qeyd edilib.