EN

Yarımfabrikat məhsullar alarkən nələrə diqqət edilməlidir?

Qida eksperti Məhsəti Hüseynova yarımfabrikat məhsullar alarkən diqqət edilməli məqamlardan danışıb.

Son dövrlərdə mağazalarda satılan yarımfabrikat məhsullara olan tələbat artıb. Tələbatla əlaqədar olaraq mağaza vitrinlərində həmin məhsulların çeşidləri də çoxalıb. 

Bəs, bağazalarda satılan dondurulmuş qidalar insan sağlamlığı üçün zərərli ola bilərmi?

Mövzu ilə bağlı Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Operativ Media-ya danışıb.

O bildirib ki, son illərdə vaxtın azlığından şikayət edən bir çox insan yarımfabrikat qidalara daha çox üz tutur. Belə olduğu zaman isə bəzən vacib məqamlar diqqətdən kənarda qalır. Bu da həmin məhsulların onlayn sifarişini həyata keçirən insanlar tərəfindən olur. Bu zaman vətəndaşın diqqət edəcəyi əsas məqam məhsulun ət mənbəyidir. Çünki ət zülala əsaslanan məhsul olduğuna görə düzgün şəkildə saxlanılmadıqda və mənşəyi bəlli olmayan ətdən istifadə olunduqda bir çox sağlamlıq problemlərinə səbəb ola bilər.

İlk olaraq bilmək lazımdır ki, həmin qidaların tərkibində keyfiyyətli ətdən istifadə olunubmu? Çünki bir çox hallarda belə məhsullarda keyfiyyətsiz, bəzən isə saxta ət qarışıqlarından istifadə olunur. Həmin qarışıqların tərkibində az miqdarda ət olur. Dondurulmuş məhsullarda daha çox qığırdaq, dəri və digər yeyilməyən hissələrdən istifadə oluna bilər. Eyni zamanda  keyfiyyətsiz ətlərdə süni dad vericilərdən, rəng vericilərdən istifadə edilir. Bu da bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər”.

Ekspert dondurulmuş qidaların saxlanma şəraitindən də danışıb:

“İkinci məsələ isə dondurulmuş qidaların saxlanma şəraitidir. Bu qidaların saxlanma şəraitinə çox diqqət edilməlidir. Düzgün temperaturda saxlanılmayan məhsul bakteriyaların çoxalması üçün əlverişli mühit yarada bilər.

Ən önəmli məsələ isə məhsulun qablaşdırılması və etiket məlumatlarıdır. Burada xüsusilə son istifadə tarixi, istehsal tarixi, istehsalçı haqqında məlumatlar və digər mühüm detallar qeyd olunmalıdır. Əgər məhsulun üzərində detallı məlumatlar yoxdursa, son istifadə tarixi və digər məlumatlar qeyd olunmayıbsa, bu məhsul şübhəli hesab edilə bilər.

Ekspert bildirib ki, dondurulmuş qidaları hazırlayan insanların sağlamlığı da ən vacib məsələlərdən biridir: "Onların işlədiyi mühit və tibbi baxışdan keçib-keçmədiyi vacibdir. Eyni zamanda, məhsul hazırlanarkən sanitar-gigiyenik qaydalara əməl edilməsi də ən önəmli şərtlərdən biridir. Dondurulmuş qida hazırlanarkən gigiyenik qaydalara düzgün əməl olunmayıbsa, məhsulun çirklənməsinə və mikrob və bakteriyaların keçməsinə səbəb ola bilər. Bu da insanlarda müəyyən xəstəliklərə yol aça bilər. Ona görə də hər hansı bir qida məhsulunu alarkən onun mənşəyinə və saxlanma şəraitinə diqqət etmək lazımdır”.

Chosen
10
operativmedia.az

1Sources