Bakı. Trend:
Ziraat Bank Azərbaycan, müştərilərinə daha geniş imkanlar təqdimetmək üçün Türk Lirəsi valyutasında Bankkart Visa Platinum kartınıistifadəyə təqdim edib. Yeni kart, xüsusilə Türkiyəyə tez-tez səfəredən, onlayn alış-veriş edən və ödənişlərdə rahatlıq axtaranmüştərilər üçün nəzərdə tutulub.
Yeni Bankkart Visa Platinum TL sahibləri bütün ödənişlərinibirbaşa Türk Lirəsi ilə həyata keçirə biləcək və bununla da əlavəkonvertasiya komissiyalarından azad olacaqlar. Bundan əlavə, ZiraatBank Türkiyə ATM-lərindən sərfəli şəkildə nağd vəsait çıxarmaqimkanı əldə edəcəklər.
Bankkart Visa Platinum TL, yalnız bir ödəniş kartı deyil, həm dəpremium üstünlüklər təqdim edən bir məhsuldur. Kart sahibləri üçünVisa Konsyerj Xidməti çərçivəsində aşağıdakı imkanlar təqdimolunur:
• Dünyanın istənilən nöqtəsində otel və restoranrezervasiyası
• Tədbir biletlərinin alınması,
• Avtomobil icarəsi və hava limanı transfer xidmətləri,
• Hava limanlarında Fast Track və Fast Line xidmətlərivasitəsilə vaxt itkisinin qarşısının alınması.
Bundan əlavə, Türkiyəyə səyahət edən müştərilər üçün yeniBankkart Visa Platinum TL pulsuz rouminq xidməti, səhiyyəxərclərində endirimlər və digər eksklüziv imkanlar da təqdimedir.
Kartı əldə etmək üçün müştərilər onlaynmüraciət edə və ya şəxsiyyət vəsiqəsi ilə Ziraat BankAzərbaycan filiallarınayaxınlaşa bilərlər. Yeni Bankkart Visa Platinum TL, 1, 3 və 5 illikmüddətə təqdim olunur.
Bununla yanaşı, Bankkart VİSA Klassik kartının da tariflərində bank tərəfindən dəyişikliklər edilib. Müştərilərartıq bu kartı da 1, 3 və 5 illik müddətə əldə edə bilərlər.
Ziraat Bank Azərbaycan tərəfindən bildirilən məlumata əsasən,bank, müştərilərinin tələblərinə uyğun innovativ həllər təqdimetməyə davam edəcək.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidirvə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsulvə xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən ümumi 10 filialı ilə yanaşı, rəqəmsal satış və xidmətplatformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTube sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.