EN

Azərbaycanda süni intellekt laboratoriyaları qurulur - 7 milyon ayrıldı

"Azerbaijan İnternational Telecom (AZINTELECOM)" MMC süni intellekt laboratoriyasının qurulması məqsədilə avadanlıq və lisenziyaların satın alınması ilə bağlı müsabiqə elan edib.

Ölkə.az xəbər verir ki, qurum bununla bağlı müqavilə imzalayacağı şirkətə 7.177.300,00 manat ayıracağını nəzərdə tutub. 

Belə ki, razılıq əldə olunduqdan sonra AZINTELECOM həmin müəssisədən ümumilikdə 199 məhsul alacaq. Laboratoriya server dəsti, yaddaş qurğusu, kabel, adapter, lisenziya, quraşdırma xidmətləri və.s ilə təmin ediləcək.

Həmidə İbrahimova

Chosen
26
olke.az

1Sources