EN

Lavrov yeddi Afrika ölkəsində Rusiya səfirliklərinin açıldığının anonsunu verdi

Yaxın iki ildə Rusiya Afrikanın yeddi ölkəsində səfirlik açmağı planlaşdırır.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Xarici İşlər Nazirliyinin başçısı Qambiya, Liberiya, Komor, Niger, Sierra-Leone, Toqo və Cənubi Sudanda diplomatik nümayəndəliklərin açılmasının planlaşdırıldığını vurğulayıb. Lavrov qeyd edib ki, hazırda Afrikada Rusiyanın üç yeni səfirliyi fəaliyyət göstərir.

“Bu, kifayət qədər ciddi rəqəmdir, bizimlə görüşməyə gəlirlər...Biz həmçinin İqtisadi İnkişaf Nazirliyi və Sənaye və Ticarət Nazirliyindən olan həmkarlarımızla Afrika ərazisində ticarət missiyalarının sayının artırılmasını müzakirə edirik, hazırda cəmi beş var, lakin bizim daha çoxuna ehtiyacımı var”, - deyə Lavrov bildirib.

QAZİLER.AZ

Chosen
67
qaziler.az

1Sources