EN

"Real"ın futbolçusu Cud Bellinqemin cəzasının müddəti bəlli olub

İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem La Liqada iki oyunluq cəza alıb.

"Report"un məlumatına görə, buna 21 yaşlı yarımmüdafiəçinin XXIV turda "Osasuna" ilə matçda nalayiq ifadə işlətməsi səbəb olub.

İngiltərəli oyunçu fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub. Qarşılaşmadan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunun hakimə ünvanlanmadığını bildirib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Chosen
29
10
report.az

10Sources