EN

® Türk lirəsi valyutasında Bankkart artıq “VİSA Platinum” növündə!

“Ziraat Bank Azərbaycan” müştərilərinə daha geniş imkanlar təqdim etmək üçün Türk lirəsi valyutasında Bankkart “Visa Platinum” kartını istifadəyə təqdim edib. Yeni kart, xüsusilə Türkiyəyə tez-tez səfər edən, onlayn alış-veriş edən və ödənişlərdə rahatlıq axtaran müştərilər üçün nəzərdə tutulub.

Yeni Bankkart “Visa Platinum” TL sahibləri bütün ödənişlərini birbaşa Türk lirəsi ilə həyata keçirə biləcək və bununla da əlavə konvertasiya komissiyalarından azad olacaqlar. Bundan əlavə, “Ziraat Bank” Türkiyə ATM-lərindən sərfəli şəkildə nağd vəsait çıxarmaq imkanı əldə edəcəklər.

Bankkart “Visa Platinum” TL yalnız bir ödəniş kartı deyil, həm də premium üstünlüklər təqdim edən bir məhsuldur. Kart sahibləri üçün “Visa Konsyerj Xidməti” çərçivəsində aşağıdakı imkanlar təqdim olunur:

∙ Dünyanın istənilən nöqtəsində hotel və restoran rezervasiyası;

∙ Tədbir biletlərinin alınması;

∙ Avtomobil icarəsi və hava limanı transfer xidmətləri;

∙ Hava limanlarında “Fast Track” və “Fast Line” xidmətləri vasitəsilə vaxt itkisinin qarşısının alınması.

Bundan əlavə, Türkiyəyə səyahət edən müştərilər üçün yeni Bankkart “Visa Platinum” TL pulsuz rouminq xidməti, səhiyyə xərclərində endirimlər və digər eksklüziv imkanlar da təqdim edir.

Kartı əldə etmək üçün müştərilər onlayn müraciət edə və ya şəxsiyyət vəsiqəsi ilə “Ziraat Bank Azərbaycan” filiallarına yaxınlaşa bilərlər. Yeni Bankkart “Visa Platinum” TL, 1, 3 və 5 illik müddətə təqdim olunur.

Bununla yanaşı, Bankkart “VİSA Klassik” kartının da tariflərində bank tərəfindən dəyişikliklər edilib. Müştərilər artıq bu kartı da 1, 3 və 5 illik müddətə əldə edə bilərlər.

“Ziraat Bank Azərbaycan” tərəfindən bildirilən məlumata əsasən, bank, müştərilərinin tələblərinə uyğun innovativ həllər təqdim etməyə davam edəcək.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı bankın instaqram, X- platforması, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Chosen
26
10
azertag.az

10Sources