EN

Litva Ukraynaya 80 milyon avro hərbi yardım verəcək

Litva hökuməti Ukraynaya 80 milyon avro dəyərində yeni hərbi dəstək paketi hazırlayıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə TASS məlumat yayıb.

 

“Hazırlanan paketə Ukrayna ordusunun ən çox ehtiyac duyduğu şeylər daxil olacaq. Birinci paketin mərhələli şəkildə köçürülməsinin dəyəri 80 milyon avro və ya 2025-ci ildəki yardımımızın təxminən yarısıdır”, - deyə Litva Müdafiə Nazirliyinin sözçüsü Asta Qaldikaite bildirib.

 

Paketə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və dron əleyhinə müdafiə sistemləri, həmçinin döyüş sursatları, əsgərlər üçün avadanlıq və hərbi nəqliyyat vasitələri daxil olacaq.

 

Fevralın 18-də Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib. Buraya 56 MRAP zirehli texnikası, qısa və orta mənzilli raketlər və 300 HF-1 hücum pilotsuz təyyarəsi daxil idi. Ukrayna Silahlı Qüvvələri Almaniyadan “Leopard 1” tankları və “Marder” piyada döyüş maşınları üçün mərmi, Gepard ZSU üçün döyüş sursatı, dörd “Zuzana 2” özüyeriyən artilleriya qurğusu, 50 min 155 millimetrlik artilleriya mərmisi və iki min 122 millimetrlik mərmi alacaq.

 

Bundan əvvəl Litva bəyan etmişdi ki, Ukraynaya öz ordusunun göndərilməsi məsələsini müzakirə etmir.

 

Nigar

 

Chosen
58
16
oxu24.com

10Sources