EN

Azərbaycanı “Avroviziya 2025”də təmsil edəcək mahnı VİDEO

Azərbaycan “Avroviziya 2025”-də “Run with U” mahnısı ilə təmsil olunacaq.

Bu barədə İctimai Televiziyadan məlumat verilib.

Bildirilib ki, ölkəmizi  təmsil edəcək "Mamagama" qrupunun ifa edəcəyi mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.

Mahnının artıq rəsmi klipi də təqdim olunub. Futuristik üslubda çəkilmiş rəsmi klipdə Azərbaycanın Avroviziya tarixində iştirak etmiş sənətçilər də yer alıb.

Həmçinin builki çıxışda ilk dəfə olaraq saz milli musiqi alətindən də istifadə olunacaq.

Chosen
30
11
anspress.com

10Sources