EN

İlon Mask yeni süni intellekt modeli – Grok 3-ü təqdim edib

Bakı, TurkicWorld

Amerikalı milyarder İlon Maskın süni intellekt şirkəti xAI, Grok 3 adlı yeni nəsil söhbət botunu rəsmi olaraq təqdim edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Mask, üç xAI mühəndisi ilə birlikdə canlı yayımda Grok 3 haqqında geniş təqdimat keçirib.

Maskın sözlərinə görə, Grok 3 əvvəlki versiyalardan xeyli üstün performansa malikdir və kainatı anlamaq missiyası ilə inkişaf etdirilib. Yeni model, riyaziyyat, elm və kodlaşdırma sahələrində əvvəlki versiyalarını əhəmiyyətli dərəcədə qabaqlayır.

Grok 3 hazırda X sosial media platformasında yalnız ödənişli Premium+ abunəçilərinə təqdim edilib.

Grok-un rəsmi sosial media hesabında yeni model haqqında "Grok 3 dünyanın ən ağıllı süni intellektidir" kimi qiymətləndirilib.

Bundan əlavə, paylaşılan qrafikdə Grok 3-ün OpenAI-nin GPT-4o, Alphabet-in Google Gemini, DeepSeek-in V3 və Anthropic-in Claude modellərini geridə qoyduğu iddia edilib.

İlon Mask da keçən həftə Dubayda keçirilən Dünya Hökuməti Sammitində Grok 3-ü yüksək qiymətləndirərərək, "Grok 3 çox güclü düşünmə qabiliyyətinə malikdir. Sınaqlarımıza əsasən, bildiyimiz hər şeydən üstündür." - deyə bildirib.

Chosen
36
turkic.world

1Sources