EN

Josep Borrell indiki Amerika-Avropa münasibətlərini “razılaşdırılmamış boşanma” kimi xarakterizə edib

Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdəki vəziyyəti “razılaşdırılmamış boşanma” ilə müqayisə edib.

“Cadena SER” radiostansiyasına müsahibəsində o, Amerika lideri Donald Trampın Avropanın sosial və siyasi modelini bəyənmədiyini deyib: “Onun üçün Avropa bir anti-modeldir. Baş verənlər Atlantik okeanının iki tərəfi arasında razılaşdırılmamış boşanma, dərin və ideoloji bir boşanmadır”, – deyə keçmiş məmur vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
48
editor.az

1Sources