Paşinyan Ermənistanın milli təhlükəsizlik strategiyası ilə bağlı komissiya yaradır
Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün idarələrarası komissiya yaradıb.
Bu barədə Sputnik Ermənistan məlumat yayıb. Yeni komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək.
Onun tərkibinə nazir müavinləri və təhlükəsizlik orqanlarının rəhbərləri, həmçinin parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri daxil olacaq.
Paşinyan yanvarın 28-də milli təhlükəsizlik strategiyasına dəyişiklikləri açıqlayıb.
Baş nazir bir qədər əvvəl bəyan etmişdi ki, Ermənistan getdikcə daha suveren ölkəyə çevrilir.