EN

İspaniyada cinayətkar şəbəkənin 14 üzvü həbs edilib

İspaniya polisi Europol ilə əməkdaşlıq edərək, mütəşəkkil cinayət yolu ilə pulların yuyulduğu güman edilən şəbəkəni sıradan çıxarıb.

Müvafiq bəyanat İspaniya departamentinin saytında dərc olunub.

Qeyd olunur ki, Albaniya, Serbiya, Ermənistan, Çin, Ukrayna, Kolumbiya və Mokromafiyadan olan (əsasən Mərakeş əsilli şəxslərdən ibarət cinayətkar təşkilatlar) cinayətkar qruplara ayda bir neçə milyon avronun yuyulması üçün xidmət göstərən 14 nəfər saxlanılıb.

Açıqlamaya görə, qrupun İspaniyanın müxtəlif şəhərlərində ofisləri olub.

İstintaq 2023-cü ildə başlayıb. Cinayət təşkilatının fəaliyyətinin Hollandiya, Estoniya, Litva və İtaliya kimi müxtəlif ölkələrə yayıldığı vurğulanır.

Chosen
16
aznews.az

1Sources