EN

Ağcaqanadları öldürənlərə pul mükafatı veriləcək

Filippininin paytaxtı Manilanın əhali sıxlığına görə ən iri yaşayış məntəqələrindən sayılan Baranqayda yerli hökümət kuryoz bir qərar qəbul edib.

Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, yaşayış məntəqəsinin inzibati rəhbəri Karlito Sernal hər öldürülmüş beş ağcaqanada görə bir peso (0.00010 AZN-red) məbləğində mükafat təyin edib.

Məmur bildirib ki, əsas daşıyıcıları ağcaqanadlar olan dang virusuna kütləvi yoluxma hallarına qarşı mübarizə məqsədilə belə bir qərar qəbul edib.

Chosen
18
3
aznews.az

3Sources