EN

Ermənistan aviaşirkəti Moldova ərazisində qadağan edilib

"FlyOne Armenia" Moldova ərazisində qadağan olunmuş aviaşirkətlər siyahısına daxil edilib.

Bu barədə kp.ru məlumat verib.

Qeyd olunur ki, İnfrastruktur və Regional İnkişaf Nazirliyinin fevralın 19-dan qüvvəyə minmiş müvafiq əmrində dünya üzrə 130-dan çox aviaşirkətin siyahısı yer alıb.

Nazirliyin əmri Avropa Komissiyasının reqlamentinin qəbulundan sonra verilib.

"FlyOne Armenia" İrəvan-Kişineu marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. Belə ki, Rusiyaya və əks istiqamətdə uçuşlar Türkiyə və Azərbaycan üzərindən həyata keçiriləcək.

Mənbə: oxu.az

Chosen
7
4
oxu.az

5Sources