“Bəlkə də Balakişi Qasımov keçmiş komanda yoldaşını məhz bu sualların öhdəsindən gəlməsi üçün AFFA-ya gətirib”.
Bu sözlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış teleşərhçi Ceyhun Fərəcullayevin AFFA-nın baş katibi postuna təyinatında vitse-prezident Elxan Məmmədovun roluna diqqət çəkib:
“43 yaşlı yeni baş katib ixtisasca şərqşünas olsa da, karyerası əsasən marketinq, biznesin inkişafı və idarəetməsi sahələrini əhatə edir.
1 il “TOPAZ” mərc şirkətinin baş direktoru olub. 2021-ci ildən isə “Azərlotoreya”da baş direktorun müavini idi.
Fərəcullayev müəyyən kəsimə həm də “Nə, harada, nə zaman” intellektual oyunundan tanışdır.
AFFA-nın hazırki vitse-prezidentlərindən Balakişi Qasımovla uzun müddət bir komandada intellektual yarışda iştirak edib.
Azərbaycan futbolunun hazırki vəziyyətində “nə, harada, nə zaman”dan da qəliz suallar var.
Dəqiq olan budur ki, Fərəcullayev üçün asan olmayacaq. Futbol “poz-qazan” deyil ki, şansa, bəxtə bel bağlayasan.
O da ya ola, ya olmaya! Burada sistemli, məntiqli fəaliyyət tələb olunur”.