Zaqatalada yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə Çobankol kəndində qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “VAZ-2102” toqquşub.
Hadisə zamanı Şirinov Amil Loğman oğlu-“VAZ-2107”nin sürücüsü, 2004-cü il təvəllüdlü Ağcəbədi rayon sakini və “VAZ-2102”nin sürücüsü Qax rayon Güllük kənd sakini, Hudulov Natiq Bayram oğlu xəsarət alaraq Zaqatala rayon xəstəxanasına yerləşdiriliblər.