EN

Zaqatalada baş verən qəzada bir neçə nəfər xəsarət alıb

Zaqatalada baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

“İki sahil” Zaqatala rayon Mərkəzi Xəstəxanasına istinadla bildirir ki, Qax rayon Güllük kənd sakini 56 yaşlı Natiq Hüdulovun idarə etdiyi “Jiquli” markalı avtomobillə Ağcabədi rayon sakini 21 yaşlı Amil Şirinovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Qəza zamanı “VAZ-2107”nin sürücüsü ilə yanaşı, ailə üzvləri - 47 yaşlı Loğman Şirinov, 40 yaşlı Əminət Şirinova və 13 yaşlı Hüseyn Şirinzadə xəsarət alıblar.

Xəsarət alanlar müayinə olunub, müalicəyə cəlb edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
6
3
ikisahil.az

4Sources