EN

Arizonada havada iki təyyarə toqquşub: Ölənlər var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Arizona ştatının Marana hava limanında iki kiçik təyyarənin toqquşması nəticəsində ən azı iki nəfər ölüb.
Oxu.Az "Fox News"a istinadən xəbər verir ki, bu barədə Marana polis idarəsinin məlumatında bildirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hər iki təyyarə təkmühərrikli, sabit qanadlı təyyarə olub.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) əlavə edib ki, "Cessna 172S və Lancair 360 MK II" səmada toqquşub. Hələlik başqa təfərrüat açıqlanmayıb. Hadisə yerində yoxlama və müvafiq istintaq hərəkətləri aparılır.
Chosen
9945
4
oxu.az

10Sources