EN

ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır

Amerika Birləşmiş Ştatları Ukraynada prezident seçkilərinin keçirilməsi üçün səylərini davam etdirəcək

 

Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens “The National Pulse” xəbər portalına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, müharibə zamanı seçkilərin keçirilə bilməyəcəyi fikri gülüş doğurur: “ABŞ Prezidenti Donald Tramp isə bunun baş verməli olduğunu düşündüyünü açıq şəkildə bildirib. Bilirsiniz ki, bu, Amerika siyasətidir, kifayət qədər sadə və aydındır”.

 

Qeyd edək ki, Volodimir Zelenski 2019-cu ildə Ukrayna Prezidenti seçilib və həmin il mayın 20-də vəzifəsinin icrasına başlayıb.

 

Bu ölkədə dövlət başçısı beş il müddətinə seçilir, seçkilərin 2024-cü ilin martında keçirilməsi planlaşdırılırdı. Lakin Ukrayna qanunvericiliyinə görə, ölkədə hərbi vəziyyət dövründə, xüsusən də prezident seçkilərinin keçirilməsi qadağandır.

 

Chosen
59
12
senzor.az

10Sources