ABŞ-ın Arizona ştatında təyyarə qəzası baş verib. Qəza nəticəsində ən azı iki nəfərin həyatını itirdiyi bildirilir.
Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Tukson şəhərinin yaxınlığında, Maranya dairəsində yerləşən hava limanının ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, havada “Cessna 172S” və “Lancair 360 MK II” tipli yüngül təyyarələr toqquşub. Qəzadan sonra təyyarələrdən biri təhlükəsiz eniş etməyə müvəffəq olub, digəri isə uçuş-enmə zolağına az qalmış yerə çırpılaraq yanmağa başlayıb.
Maranya polis idarəsi qəzada həlak olan iki nəfərin eyni təyyarədə olduğunu, digər təyyarədəki iki şəxsin isə sağ qaldığını açıqlayıb. Hadisənin səbəbləri araşdırılır./Musavat.com