EN

Messi ilin ilk rəsmi oyununda qol vurdu

“İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Sportin Kanzas-Siti” ilə qarşılaşıb. Matç mayamililərin qələbəsiylə başa çatıb – 1:0.

Görüşdə yeganə qolu 56-cı dəqiqədə Lionel Messi vurub. Bu, onun ilin rəsmi oyunlarındakı ilk və karyerasının 851-ci qolu olub.

Komandalar arasındakı cavab oyunu fevralın 25-də keçiriləcək.

Chosen
24
futbolpress.az

1Sources