EN

“Əli Nur ailəmə və atamın ölüsünə dil uzadıb” - Cavidan

“Əli Nur çox emosional insandır. O oğlu şəhid olmazdan əvvəl də əsəbi olub, danışanda səsini qaldırıb, teatrda hamı onun xasiyyətini bilir. Mən əminəm ki, Əli Nur mənim verdiyim müsahibəni öz gözləri ilə görməyib. Buna milyon faiz əminəm. O görsəydi bu söhbətlər olmazdı. Kimlərsə bu müsahibəmi bəzəyib sonra ona çatdırıb. Mən yaradıcı ailəsində dünyaya gələn insanam. Şəhid atasına heç zaman xoş olmayan şeylər demərəm. Nəyin kini, davasıdır ki, ayağı boyda uşağa bu sözləri deyib?”

OLAY yazır ki, bu sözləri aktyor Cavidan Novruz “Youtube”da yayımlanan “Künc-bucaq” verilişində deyib. 

Cavidan, Xalq artisti Əli Nurun onun mərhum atası, Xalq artisti Ramiz Novruzla bağlı söylədiyi qalmaqallı fikirlərinə cavab verib:

“Mədəniyyət nazirliyindən nümayəndələr atamın dəfninə gəldi və yasın bütün xərcini öz üzərinə götürdü. Əminəm ki, Əli Nur müsahibəmə özü baxmayıb. Demişəm ki, Əli Nur danışdı, mədəniyyət nazirliyinə səsləndi, amma orada nümayəndələr var idi. Sabahı gündə dediklərini dandı. Mən bu sözləri ona görə söylədim ki, nümayəndələr var, danışmaq lazım deyildi. Deməmişəm, niyə gəlib? Dəliyəm belə deyim? Biz axı bir teatrda çalışırıq. Camaat məni yıxıb-sürüyür. Əli Nur insanları necə bu qədər inandırıb? Deyir ki, mən gəlməsəydim cəsəd ortalıqda qalmışdı. Düzdür, atamın nəşi teatrdan götürülmədi. Amma niyə ortalıqda qalsın? O qədər millər Ramiz Novruzu alqışlarla son mənzilə yola saldı. Ramiz Novruzun dəfnində çox sayda insan iştirak etdi. Görüntülər də var. Məni teatrdan çıxartdıracaq dərəcədə sözlər danışır. Məni virus adlandırır. Onsuzda o mənə hər zaman elə deyir. Mən nə etmişəm ki, haqqımda bu qədər əsəbisiniz. Ailəmə və atamın ölüsünə dil uzadıb. Başa düşə bilmirəm ki, kim onu belə qızışdırıb? Çox haqsız sözlər danışdı. Ramiz Novruz gənclərə dəstək olub. Atam haqqında necə belə şeylər deyilə bilər? Məni yandırır bunlar”.

Aktyor atasının mərhum Xalq artisti Telman Adıgözəlov, Əməkdar artist Teymur Əmrahla küsülü olması ilə bağlı iddialara da aydınlıq gətirib:

“Atam biz övladları üçün heç nə etməyib. Məni teatra götürəndə atamın heç xəbəri olmayıb. Şəhid atası o demək deyil kiminsə ailəsinə dil uzatsın. Teymur Əmrah zəng edib ki, niyə mənim adımı çəkir? Telman Adıgözəlova son günə qədər “əmi” demişik. Atam vəfat edəndən sonra Əli Nur məni onun otağından çıxartdırdı”.

Chosen
35
7
olay.az

8Sources