EN

Ermənilər Qarabağla bağlı “konsepsiya” haqqında düşünürlər

“Qarabağa dair bütün danışıqlar artıq keçmişdir. Onların üzərində dayanmağa gərək yoxdur”. Tribunainfo.az bildirir ki, bunu “HaykVe” Hərəkatının təsisçiçisi Vahe Hovhannisyan deyib.

O erməni cəmiyyətinə müraciət edərək, “Bu gün bizə yeni Qarabağ konsepsiyası lazımdır” təklifi ilə çıxış edib.

Hovvanisyan onu da deyib ki, bunun üçün bütün keçmiş prezidentlər və indiki hökumət birləşməlidir. “Nəzərə alaq ki, biz mütləq Qarabağa qayıtmalıyıq. Bu, bu gün də, sabah da, 10 il sonra da baş verə bilər. Ona görə də, indidən hazırlıqlı olmalıyıq”.

P.S. Ermənilərin Qarabağa qayıtması xülyadır və ermənilərin qulaqlarının dibini gördükdə, bu baş verəcək.

Chosen
7
tribunainfo.az

1Sources