Manaf Ağayev anasının vəsiyyətindən danışıb.
Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, müğənni 30 ildən sonra işğaldan azad olunan torpaqlarda atasının qəbrini axtardığını bildirib:
"Anam vəsiyyət etmişdi ki, torpaqlar alınanda məni atanın yanında basdırarsan. 10 il anamı tabutda saxladım, tabutda basdırmışdıq. Ancaq atamın qəbrini tapa bilmədik. Ermənilər baş daşını qırıb, güllələyib atıblar. Həbs olunmağım da həmin vaxt oldu. Ekskavotorla qazıblar, qəbirin yerində əkinçiliklə məşğul olublar".
Telegram kanalımız