Bakı. Trend:
Akademik ailələrdə böyüdülmüş uşaqların göstəriciləri alitəhsili olmayan ailələrdə böyüdülən uşaqların göstəricilərindəndaha yüksəkdir.
Trend xəbərverir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Qızlarıntəhsil hüququ” mövzusunda BDU-da keçirilən konfransda deyib.
O bildirib ki, buna görə ali təhsilli ailələrin olması çoxvacibdir.
"Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuşmühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası alitəhsilli olmayan qızların sayından çoxdur", - deyə nazir əlavəedib.