Şri-Lankanın paytaxtı Kolombodan 315 km şərqdə, Qal Oya ərazisində vəhşi fil sürüsü ilə toqquşan sərnişin ekspress qatarı relsdən çıxıb.
Ucnoqta.az Daily Mirror-a istinadən bildirir ki, insident dəmir yolu hərəkətini pozub və qatar sərnişinlərindən heç biri xəsarət almayıb.
Vəhşi Təbiəti Mühafizə Departamentinin məlumatına görə, sürət qatarı ilə toqquşma nəticəsində beş fil həlak olub.