EN

Asiya Parlament Assambleyasının komitə iclasında səkkiz qətnamə layihəsi təsdiqlənib

Asiya Parlament Assambleyasının (APA) 15-ci sessiyasının komitə iclası çərçivəsində 8 qətnamə layihəsi təsdiq olunub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat APA-nın 15-ci plenar sessiyası çərçivəsində keçirilən Siyasi məsələlər daimi komitəsinin iclasında verilib.

Təsdiq olunan sənədlər aşağıdakılardır:

1. “Yaxşı idarəetmə haqqında”;

2. “Qanunun aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin artırılması haqqında”;

3. “Yaxşı parlament təcrübələri haqqında”;

4. “Asiyada dostluq və əməkdaşlıq yolu ilə rifahın qurulmasına dair”;

5. “Asiya Parlament və hökumətlərinin Asiyada tərəqqi naminə birlikdə olması haqqında”;

6. “Demokratiya yolu ilə harmonik inkişaf haqqında”;

7. “Asiya parlamentarilərinin Fələstin xalqına sarsılmaz dəstəyi haqqında”;

8. “Çoxtərəfliliyi qorumaq və təşviq etmək üçün APA-nın üzvləri arasında əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihələri.

Qəbul edilən layihələr plenar iclasa tövsiyə olunub.

Chosen
40
12
editor.az

10Sources