EN

Əməliyyat: 72 kq narkotik dövriyyədən çıxarıldı

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Sabunçu və Nizami rayonları ərazisində əməliyyatlar keçirib.

Yenisabah.az xəbər verir ki, narkoşəbəkənin əsas üzvləri - əvvəllər məhkum edilmiş 40 yaşlı Alim Xəlilov və 33 yaşlı Əfqan Dünyamalıyev tutulublar. Onların üzərinə və avtomobilə baxış keçirilən zaman 72 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Chosen
7
5
yenisabah.az

3Sources