EN

Ukrayna ordusu Rusiya ərazilərinə hucuma hazırlaşır –5 min hərbçi sərhddə cəmləşib

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinə genişmiqyaslı hücuma hazırlaşır. Hazırda bölgə ilə sərhəddən 50 km aralıda texnika və bir neçə min əsgər yığılıb.

AzPost bildirir ki, SHOT-un məlumatına görə, Ukrayna hərbçilərinin əsas qrupu Sumı vilayətinin iki yaşayış məntəqəsində cəmləşib. İlkin olaraq Ukrayna Silahlı Qüvvələrinin 5000-dən çox hərbçisi, 200-dən çox texnika, o cümlədən NATO-nun Leopard və Abrams tankları, piyadaların döyüş maşınları və digərləri hücuma hazırlaşır.

Sumı vilayətindəki Şostka və Qluxovdan mülki əhalinin qismən təxliyəsi barədə də məlumatlar var.

Ukrayna Silahlı Qüvvələrinin bütün hərəkətləri və cəmləşmələrini Rusiya hərbçiləri qeydə alır.

 

Chosen
16
azpost.info

1Sources