Amma, lakin bu artıq aksiomadır ki, heç bir cinayət cəzasız qalmır. O baxımdan Robert Köçəryanın da Xocalı soyqırımında törətdiyi cinayətləri sübut edəcək kifayət qədər faktlar var. Müharibə cinayətləri törədən, yüzlərlə dinc azərbaycanlılarının qətlinə fərman verən keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və digərlərinin istintaqa cəlb olunması ilə bağlı ciddi addımlar atılmalıdır. Belə vələdüznaların azadlıqda qalması beynəlxalq hüquqa hörmətsizlik və regionda sabitliyə təhdiddir. Ona görə, istinaqın əhatə dairəsi genişlənməlidir.
Donald Trampın rusiyayönümlü siyəsətinin uğur qazanacağı isə mümkünsüzdür. Unutmaq olmaz ki, şər imperiyası bəşəriyyətə heç zaman dinclik gətirməz. Siyasi prosesləri aydın şəkildə təhlil edəndə bu qənaətə gəlmək olar ki, Tramp Rusiyanı sadəcə olaraq oyuna çəkir. Bu siyasi oyunlarda Putinin qalib gəlmək şansı yoxdur. Bütün hallarda yekunda xeyirin şər üzərində qalib gələcəyi şübhəsizdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31