EN

Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qarabağ tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə qərara alıram:

1. Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görsün;

2.2. Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2025-ci il

Chosen
21
22
xalqqazeti.az

10Sources