EN

İki təyyarə havada toqquşdu: ölənlər var

ABŞ-da daha bir təyyarə qəzası baş verib. İki kiçik təyyarə havada toqquşub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) məlumat yayıb.

Bildirilib ki, “Cessna 172S” və “Lancair 360 MK II” təyyarələri Marana Regional Hava Limanı yaxınlığında havada toqquşub. Təyyarələrdən biri normal eniş edib, digəri isə alovlanıb.

Marana Polis İdarəsi qəza nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib. Təyyarələrdə ümumilikdə 4 nəfərin olduğu qeyd edilsə də, digər iki nəfərin sağlamlıq durumu ilə bağlı məlumat verilməyib.

Chosen
11
1
publika.az

3Sources