Fələstinin radikal HƏMAS və İslami Cihad hərəkatları 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrail yaşayış məntəqələrinə hücumundan sonra ölən dörd İsrail vətəndaşının cəsədini Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.
Sfera.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Transferin Qəzza zolağının cənubundakı Xan Yunisdə baş tutduğu bildirilir. İsrail Bibas ailəsinin (ana və iki kiçik uşaq) və Oded Lifşitzin qalıqlarını qəbul edib.
HƏMAS iddia edir ki, girovlar İsrailin Fələstin anklavına endirdiyi aviazərbələr nəticəsində öldürülüb.
Firuzə Əliyeva