EN

İxracdan əldə olunan 53 milyon dolların ölkəyə qaytarılması təmin edilib

Bakı. Trend:

Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsullarıixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olanpul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlıDövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasındaprokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaqaparılır.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Hazırkı vaxtadək Bakı şəhərinin Xəzər, Yasamal və Xətai rayonprokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsindəbəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kəndtəsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pulvəsaitlərinin 53,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrünməzənnəsi ilə 90,6 milyon manatdan artıq) hissəsinin ölkəmizdəmüvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalaradair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracınəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bankhesablarına qaytarılması istiqamətində zəruri prosessualtədbirlərin icrası davam etdirilir.

Məqalədə:
Chosen
8
1
az.trend.az

10Sources