Bakı. Trend:
Türkiyə Rusiya hava yolları şirkətinə məxsus təyyarəni öz havaməkanına buraxmayıb.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 19-da baş verib. “Superjet 100”sərnişin təyyarəsi Soçidən İstanbula uçan zaman yaranan texnikiproblemə görə onun Türkiyənin hava məkanına daxil olmasına icazəverilməyib.
Həmin vaxt təyyarənin göyərtəsində 79 sərnişin, 2 pilot və 3təyyarə bələdçisi olub.
Nəticədə pilotlar təyyarəni Soçiyə geri qaytarmağa məcbur qalıb.Təyyarənin enişindən sonra hava gəmisi texniki baxış və təmirişləri üçün istismardan çıxarılıb. Daşıyıcı sərnişinləri İstanbulaalternativ təyyarə ilə yollayıb.