EN

“Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yüksəkdir”

Akademik ailələrdə böyüdülmüş uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüdülən uşaqların göstəricilərindən daha yüksəkdir.
  Manset.az Trend.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Qızların təhsil hüququ” mövzusunda BDU-da keçirilən konfransda deyib.

O bildirib ki, bu səbəbdən ali təhsilli ailələrin olması çox vacibdir: “Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuş mühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası ali təhsilli olmayan qızların sayından çoxdur”.

Chosen
34
9
manset.az

10Sources