EN

“Hilton Garden İnn” hotelində nə qədər işçi çalışacaq?

"Hilton Garden İnn" hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu "Hilton Garden İnn" hotelinin layihə rəhbəri Sinan Rəcəbli Ağdam şəhərinə təşkil edilmiş mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "Hilton Garden İnn" hoteli Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub:

"Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var, qonaqların zövqünü oxşayan interyer işləri görülüb.
Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır. Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzləri də yaradılır. "Hilton Garden İnn" hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub".

"Ağdam rayonunda ən müasir standartlara cavab verən hotellərin inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti nümunəsidir",- deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində "Hilton Garden İnn" hotelində aparılan tikinti işləri ilə tanış olublar.

Milli.Az

Chosen
26
16
milli.az

10Sources