UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına namizədlərin adları açıqlanıb.
Milli.Az xəbər verir ki, bunlar Kilian Mbappe ("Real Madrid"), Vitinya (PSJ), Noa Lanq (PSV) və Orkun Kökçüdür ("Benfika").
Mbappe "Mançester Siti" ilə görüşdə (3:1) het-trik edib. Vitinya "Brest"lə qarşılaşmada (7:0), Kökçu "Monako" ilə qarşılaşmada (3:3) bir qolun müəllifi olublar. Lanq isə "Yuventus"la (3:1) görüşdə bir məhsuldar ötürmə verib.
Milli.Az