EN

Zəngəzur dəhlizinin açılmasıAzərbaycanın ciddi hədəflərindən biridir - ÖZƏL

"Zəngəzur dəhlizinin açılması əlbəttə, Azərbaycanın ciddi hədəflərindən biridir, eyni zamanda, Azərbaycanın maraqları çərçivəsində olan bir layihədir, dəhlizdir. Çünki bu, Azərbaycanın həm strateji, həm də iqtisadi nəqliyyat maraqlarına uyğun olan dəhlizidir, eyni zamanda, bütün Türk dünyasının bütövləşməsi nöqteyi -nəzərindən əhəmiyyətli bir dəhlizdir". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Bu mənada Zəngəzur dəhlizinin açılmasında  Azərbaycanın, Mərkəzi Asiyanın türk dövlətlərinin və Türkiyənin ortaq maraqları var. Azərbaycan bütün vasitələrilə onun açılmasını özünün hədəflərindən biri hesab edir. Ancaq əlbəttə, Zəngəzur dəhlizinin açılmasına nail olmağın ən son yolu güc tətbiqidir. Dəhlizin açılması üçün müharibənin olub-olmayacağına gəldikdə, bu  Azərbaycan üçün mümkün olan ən sonuncu variantdır. Yəqin ki, ilk növbədə dəhlizin siyasi, diplomatik vasitələrlə açılması bizim üçün hələlik məqbuldur. Amma əlbəttə, Ermənistan əgər Azərbaycanla sülh sazişi imzalamayacaqsa, bütün regional kommunikasiyaların, o cümlədən də Zəngəzur dəhlizinin açılmasına getməyəcəksə, bu Ermənistanın müharibə hazırlığının mühüm əlaməti kimi qəbul olunacaq. Bir halda Ermənistan müharibəyə hazırlaşırsa, sülh sazişi imzalamırsa, dəhlizin açılmasına getmirsə, bu elə Azərbaycanla müharibə vəziyyətində olmaq deməkdir ki, belə şəraitdə Azərbaycanın hər cür addımlar atmaq üçün əsasları var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
olaylar.az

1Sources