Fevralın 20-də Milli Məclisin inzibati binasında Asiya Parlament Assambleyasının (APA) "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının bağlanış mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, Milli Məclisin APA-da parlament nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev tədbiri açaraq sessiya ərzində görülən işlərdən bəhs edib. O, 15-ci plenar sessiya çərçivəsində qurumun Sosial və mədəni məsələlər, Büdcə və planlaşdırma, İqtisadiyyat və davamlı inkişaf, Siyasi məsələlər üzrə daimi komitələrinin iclaslarının keçirildiyini söyləyib. Qeyd edilib ki, komitələrin gündəliklərinə daxil edilən məsələlər, o cümlədən müvafiq qətnamə layihələri, yekun hesabatlar nəzərdən keçirilib.
Sonra Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının İcraedici Şurasında baxılan məsələlər barədə məlumat verib.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31