EN

Azərbaycanda 8 qurum birləşdi - SİYAHI

Naxçıvan Muxtar Respublikasındakı Yol Təmir İstismar MMC-ləri birləşib.

Olaylar.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar verilib.

Qərara əsasən, "Şərur Yol Təmir Tikinti İstismar" MMC, "Culfa Yol Təmir Tikinti İstismar" MMC, "Kəngərli Yol Təmir İstismar" MMC, "Babək Yol Təmir İstismar" MMC, "Sədərək Yol Təmir İstismar" MMC, "Şahbuz Yol Təmir İstismar" MMC, "Ordubad Yol Təmir İstismar" MMC "Naxçıvan Yol Təmir Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulub.

Naxçıvan Yol Təmir Tikinti bu qoşulma nəticəsində yenidən təşkil edilib və adı "Naxçıvan Yol Təmir Tikinti İstismar" Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq dəyişdirilib.

Xatırladaq ki, sözügedən MMC-lər əvvəllər idarə statusunda olublar və onların ötən il idarə statusu ləğv olunaraq MMC-yə çeviriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
26
olaylar.az

10Sources