Misli Premyer Liqasında avrokuboklara düşmək uğunda mübarizə aparan “Zirə” klubunun futbolçu Stefan Aka ilə danışıqları uğurla nəticələnib.

Offsideplus.az xəbər verir ki, Fil Dişi Sahilindən olan 34 yaşlı müdafiəçi komanda ilə müqaviləsinin müddətini artırmağa razılaşb. 

O, 1+1 il şərtləri əsasında yeni müqaviləyə qol çəkib.

Xaıtrladaq ki, Aka 2023-cü ilin yayınnda İsrailin "Ness Zyona" klubundan “Zirə”yə transfer olunub.