EN

Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkimedilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlıtədbirlərin davamı olaraq Suraxanı rayonunu “Neftçilər”metrostansiyası ilə əlaqələndirən 66 nömrəli şəhərdaxili, Şonqarqəsəbəsini “Sədərək” ticarət mərkəzi ilə birləşdirən 126 nömrəli,eləcə də Binə və Mərdəkan qəsəbələrini əlaqələndirən 340 nömrəlişəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qaliblərimüəyyən edilib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)məlumat verilib.

Bildirilir ki, 66 nömrəli şəhərdaxili və 340 nömrəli şəhərətrafımarşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 126 nömrəlişəhərətrafı marşrut üzrə “BMH” MMC komissiya üzvləri tərəfindənqalib elan olunub.

Qeyd edilik ki, şəhərlərarası marşrut xətləri müvafiqqanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindənmərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşımasahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi vərahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsindəşəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Məqalədə:
Chosen
34
13
az.trend.az

10Sources